YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İrakli Qaribaşvili: Bugünkü Saziş “yaşıl enerji” ilə bağlı sıx əməkdaşlığa hazır olduğumuzu təsdiqlədi

Bu gün Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Sazişi imzalamaqla, biz “yaşıl enerji” təchizatı baxımından sıx əməkdaşlıq etmək üçün ölkələrimizin hazır olduğunu təsdiqləyirik.

Bu fikri Gürcüstanın Baş naziri İrakli Qaribaşvili dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması mərasimi ilə bağlı keçirilən plenar iclasdakı çıxışında bildirib.