YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fon der Lyayen: Bu saziş Avropa İttifaqını Cənubi Qafqazdakı tərəfdaşlarımızla daha da yaxınlaşdıracaq

Bu saziş Avropa İttifaqını Cənubi Qafqazdakı tərəfdaşlarımızla daha da yaxınlaşdıracaq və təmiz enerjiyə keçid üçün regionlarımıza yardım edəcək.

Bu fikri Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması mərasimi ilə bağlı keçirilən plenar iclasdakı çıxışında bildirib.

“Mən belə bir mühüm gündə Gürcüstan, Azərbaycan və Macarıstan liderləri ilə burada olmağıma çox şadam”, - deyə Ursula Fon der Lyayen deyib.