YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ötən il Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi 2 milyard dollara çatıb

Ötən il Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi 2 milyard dollara çatıb, bu ilin yanvar-aprel aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11 faiz artıb.

Bu barədə iqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov mayın 26-da Bakıda keçirilən Azərbaycan-Rusiya işgüzar görüşündə çıxışı zamanı deyib.

“Hazırda Azərbaycanda 600-ə yaxın Rusiya kapitallı şirkət fəaliyyət göstərir. Əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş imkanlar var. Azərbaycan və Rusiya arasında indiyədək iqtisadi sahədə müxtəlif formatlı 30-dan çox tədbir, o cümlədən 5 regionlararası forum təşkil edilib”, - deyə nazir müavini vurğulayıb.