YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

P.Mixalko: Bakı limanı ilə bağlı yeni layihəyə başladıq

Avropa İnkişaf Bankı Gəncə şəhərində müvafiq layihədə iştirak edir. İkinci layihəmiz isə kənd ərazilərinin maksimum internetlə təmin edilməsidir və “AzTelekom” bu sahədə bizə yardım edir.

Bu sözləri Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko cari ilin yekunlarına həsr olunmuş media brifinqində söyləyib.

Dekabrın əvvəlində Bakı limanı ilə bağlı yeni layihəyə başladıqlarını bildirən səfir qeyd edib ki, məqsəd bu limanı yaşıl layihəyə cəlb etmək və regionda qovşağa çevirməkdir.

“Ticarət müdafiəsi sahəsində də irəliləyişlər olub. Azərbaycandan ixrac olunan malların yarıdan çoxu Aİ-yə yönəlib. Bu da o deməkdir ki, Azərbaycan bizim üçün əsas tərəfdaşdır. Enerji sahəsi hakim mövqeyə malikdir. Avropa İttifaqı Azərbaycanda qeyri-neft sektorunun inkişafına da töhfə verir”, - deyə Peter Mixalko vurğulayıb.