YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Peter Mixalko: Aİ-Azərbaycan arasında rekord dərəcədə yeniliklər olub

Cari ildə Avropa İttifaqı və Azərbaycan arasında bir çox, hətta deyərdim rekord dərəcədə yeniliklər olub. Təhsil sahəsində nailiyyətlər əldə etmişik. Ümid edirəm ki, əməkdaşlığımız daha da davamlı olacaq.

Bu sözləri Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko cari ilin yekunlarına həsr olunmuş media brifinqində deyib.

Avropa İttifaqının Azərbaycan üçün iqtisadi və investisiya qoyuluşunu çox vacib hesab edən səfir deyib: “Bu planda 2 milyard avronun xərclənməsi nəzərdə tutulub. Planın əsas məqsədi yeni işlərin yaradılması, iqtisadiyyatın genişlənməsi, ekoloji tarazlığı təmin etmək, texnologiyaların yayılması, bağlantıların qurulmasına diqqətdir. Bununla bağlı işçi qrupu yaradılıb. Bu plan sayəsində Azərbaycan hökuməti ilə sıx əlaqələr qurmağı hədəfləmişik”.