YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyə Prezidenti enerji təhlükəsizliyində BTC-nin və Cənub Qaz Dəhlizinin əhəmiyyətini vurğulayıb

Başda Avropa olmaqla bütün dünya üçün enerji təhlükəsizliyinin və mənbələrin şaxələndirilməsinin önəmi yenidən ortaya çıxdı. Türkiyə olaraq biz bu istiqamətdə uzun müddətdir ki, addımlar atırdıq. Bakı-Tbilisi-Ceyhan (BTC) neft boru kəməri və Cənub Qaz Dəhlizi bu baxımdan xüsusi əhəmiyyət kəsb edir.

Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkmənbaşı şəhərində Azərbaycan və Türkmənistan prezidentləri ilə geniş tərkibdə görüşdəki çıxışında söyləyib.

Türkiyə Prezidenti deyib ki, onurğa sütununu Trans-Anadolu qaz boru kəməri təşkil edən Cənub Qaz Dəhlizi ilə Xəzər qazı Avropaya çatdırılır: “Türkmən təbii qazının da Qərb bazarlarına eyni şəkildə nəqli istiqamətində fəaliyyətə də artıq başlamalıyıq. Xəzərdəki “Dostluq” yatağında da türkmən və azərbaycanlı qardaşlarımızla əməkdaşlığa hazırıq. Bundan başqa, bölgəmizdə, ölkələrimiz arasında qarşılıqlı elektrik mübadiləsinin inkişaf etdirilməsinə böyük önəm veririk. Bu çərçivədə Türkmənistandan və Azərbaycandan ölkəmizə elektrik enerjisinin nəqli ilə bağlı da işlərə hazırıq”.