YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyə Prezidenti: Qarabağın işğalına son qoyan Vətən müharibəsi həmrəyliyimizin ən son nümunəsidir

Zirvə Görüşümüzün ölkələrimiz, bölgəmiz və bütün Türk dünyası üçün xeyirli olmasını Rəbbimdən arzu edirəm. Qardaşlıq bağlarımızla güclənən əlaqələrimizin sahib olduğumuz strateji üstünlüklər əsasında daha da genişlənəcəyinə ürəkdən inanıram.

Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkmənbaşı şəhərində Azərbaycan və Türkmənistan prezidentləri ilə Zirvə Görüşündə söyləyib.

Prezident Rəcəb Tayyib Ərdoğan deyib: “Hədəfimiz qlobal və regional dinamika ilə birlikdə inkişaf edən yeni imkanları insanlarımızın rifahı və bölgəmizin sabitliyi naminə dəyərləndirməkdir. Qardaşlar olaraq əl-ələ verib həmrəylik içərisində hərəkət etdiyimiz bütün məsələlərdə Allahın izni ilə mütləq uğur qazanacağıq. Qarabağın 30 ilə yaxın işğalına son qoyan Vətən müharibəsi bunun ən son nümunəsidir”.

Türk Dövlətləri Təşkilatının önəmindən danışan Türkiyə Prezidenti qeyd edib ki, keçən il təşkilata müşahidəçi üzv olaraq qatılan Türkmənistanın ən qısa vaxtda tamhüquqlu üzv olması gücümüzü daha da artıracaq. “Əziz qardaşım cənab Qurbanqulu Berdiməhəmmədovun təşkilatımızın Ağsaqqallar Şurasına qatılması sıralarımızı genişləndirmişdir. Şimali Kipr Türk Respublikasının Səmərqənd Zirvə Görüşündə təşkilatımıza müşahidəçi olaraq qəbul edilməsi də birlik və bərabərliyimizi möhkəmləndirmişdir”, - deyə Rəcəb Tayyib Ərdoğan vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv