YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhidlər unudulmur!

Ağsu rayonunda Vətən müharibəsi şəhidi Məlikov Rauf Mahir oğlunun doğum günü qeyd olunub.

Tədbirdə Yeni Azərbaycan Partiyası Ağsu rayon təşkilatının, Ağsu Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon şöbəsinin, rayon ictimaiyyətinin nümayəndələri, şəhidin yaxınları və şəhid ailələri iştirak ediblər.

Rayon Şəhidlər xiyabanında Raufun məzarı ziyarət olunub, önünə gül dəstələri qoyulub, ruhuna dualar oxunub.

Tədbirdə çıxış edənlər şəhidin keçdiyi şərəfli ömür yolundan bəhs ediblər.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə şəhid Rauf Məlikov ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və "Suqovuşanın azad olunması” medalları ilə təltif edilib.

DİGƏR Xəbərlər Arxiv