YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Möhtəşəm qala” adlı tamaşa-kompozisiya nümayiş olunub

Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzində Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı, Masallı Regional Mədəniyyət İdarəsi və Masallı Dövlət Regional Kolleci ərazi partiya təşkilatlarının dəstəyi ilə ümummilli lider Heydər Əliyevin unudulmaz xatirəsinə həsr edilmiş “Möhtəşəm qala” adlı tamaşa-kompozisiya nümayiş olunub.

Əvvəlcə onbirillik İncəsənət Məktəbinin şagirdlərinin əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Sonra ümummilli lider Heydər Əliyev və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətləri haqqında geniş məlumat verib.

Sonra tamaşa təqdim olunub.

Qeyd edək ki, tamaşanın quruluşu Masallı Xalq teatrının rejissoru Cəmaləddin Əliyevə, musiqisi Ruslan Zahidova, səhnə tərtibatı isə Elsevər Əliyevə aiddir.