YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xocalı şəhər Mədəniyyət Evində Ulu Öndərin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib

Goranboy rayonunda Yeni Azərbaycan Partiyası (YAP) Xocalı rayon təşkilatı və Xocalı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib.

Əvvəlcə Ümummilli Liderin Aşağı Ağcakənd qəsəbəsindəki abidəsi ziyarət olunub, xatirəsi ehtiramla anılıb.

Xocalı şəhər Mədəniyyət Evində təşkil olunan tədbirdə YAP Xocalı rayon təşkilatının fəalları, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxış edənlər Ulu Öndərin misilsiz xidmətlərinin, müdrikliyi, uzaqgörənliyi, fədakar əməyi və titanik fəaliyyətinin nəticəsində ölkəmizin bugünkü inkişaf göstəricilərinə nail olduğunu diqqətə çatdırıblar.

Sonda ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş film nümayiş olunub.