YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ABŞ Prezidenti Barak Obama 28 May-Respublika Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib

Amerika Birləşmiş Ştatlarının Prezidenti Barak Obama 28 May - Respublika Günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Prezident Barak Obama 28 May - Respublika Günü münasibətilə Prezident İlham Əliyevə və Azərbaycan xalqına ən səmimi təbriklərini çatdırır. Məktubda deyilir: “1918-ci ildə dünyada əhalisinin əksəriyyəti müsəlman olan ilk dünyəvi demokratik dövlətin qurulmasını qeyd etdiyiniz zaman, bilin ki, Birləşmiş Ştatlar bütün azərbaycanlılar üçün daha çiçəklənən, daha demokratik gələcəyi həmin miras əsasında təmin edən Azərbaycan ilə əməkdaşlığa sadiqdir”.

ABŞ Prezidenti Barak Obama məktubda vurğulayır ki, Azərbaycan müstəqilliyini qazandığı vaxtdan Amerika Birləşmiş Ştatları Azərbaycanın təhlükəsizliyinə, demokratik və iqtisadi inkişafına güclü dəstək verir. Məktubda deyilir: “Biz bunu ikitərəfli münasibətlərimizi, bir çox sahələrdə tərəfdaşlığımızı, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin, Əfqanıstanda sabitliyin təşviqini və Avropanın enerji təchizatının şaxələndirilməsini yüksək dəyərləndirdiyimiz üçün edirik”.

Prezident Barak Obama qeyd edir ki, tərəfdaşlığımız, həmçinin xalqlarımız arasında əlaqələr sayəsində güclənir. Bütün vətəndaşların fundamental azadlıqlarının təmin edilməsi hər iki ölkənin təhlükəsizliyini möhkəmləndirəcək və hökumətlərimiz arasında daha sıx əlaqələndirməyə imkan yaradacaqdır.

Məktub bu sözlərlə bitir: “Lütfən, milli bayramınız münasibətilə ən xoş arzularımı qəbul edin”.