YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağsuda şəhidin doğum günü qeyd edilib

Ağsu rayonunda Vətən müharibəsi şəhidi Quliyev Vüqar Füzuli oğlunun doğum günü qeyd edilib.

Tədbirdə Yeni Azərbaycan Partiyası (YAP) Ağsu rayon təşkilatının, Ağsu Rayon İcra Hakimiyyətinin, rayon ictimaiyyətinin nümayəndələri, şəhidin yaxınları, şəhid ailələri, qazilər və rayon sakinləri iştirak ediblər.

Əvvəlcə şəhidin Ağsu rayonu Şəhidlər xiyabanında yerləşən məzarı ziyarət olunub, önünə gül dəstələri düzülüb, ruhuna dualar oxunub.

Çıxış edənlər şəhid Vüqar Quliyevin keçdiyi şərəfli döyüş və ömür yolundan danışıblar.

Sonra Vətən müharibəsi şəhidinin xatirəsinə ehsan süfrəsi açılıb.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, şəhid Vüqar Quliyev 2001-ci il dekabrın 11-də Ağsu rayonu Qaraqaşlı kəndində anadan olub. 2020-ci il noyabrın 3-də Xocavənd rayonu uğrunda gedən qızğın döyüşlər zamanı şəhadətə yüksəlib. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən o, ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.