YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhidlər hər zaman xatırlanır

Tərtərin Seydimli kəndində Vətən müharibəsi şəhidi Aysənan Abbasovun şəhadətinin ikinci ildönümü münasibətilə anım mərasimi keçirilib.

İldönümü tədbirində Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, ictimaiyyət nümayəndələri, qazilər, kənd sakinləri iştirak ediblər. Mərasim iştirakçıları şəhidin valideynlərinə dərin hüznlə başsağlığı verib, onların qayğı və problemləri ilə maraqlanıblar.  

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən şəhid Aysənan Abbasov ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medallarına layiq görülüb.