YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan sabitlik, təhlükəsizlik məkanıdır

Anar Nəbiyev

YAP Qazax rayon təşkilatının sədri

Hər bir ölkənin inkişafı, beynəlxalq münasibətlər sistemində yeri və rolu düzgün qurulan siyasətdən, möhkəm təməldən asılıdır. Azərbaycanın bu gün iqtisadi, siyasi, humanitar mərkəz kimi tanındığını, dünyada söz sahibliyini böyük qürur və fəxrlə qeyd ediriksə, bu, düzgün müəyyənləşdirilən yolun uğurlarıdır. Bu yol Heydər Əliyev yoludur. Dahi şəxsiyyət hakimiyyətinin hər iki dövründə dövlətinin, xalqının gələcəyi barədə düşünüb, Azərbaycanı gələcəkdə necə görmək istədiyini bildirib. Məhz bi istək, arzu həyata keçirilən siyasətin, atılan addımların əsası oldu.

Azərbaycan 1991-ci il 18 oktyabr tarixində müstəqilliyini yenidən bərpa etdi.  Müstəqilliyimizin bərpasının ilk illəri tariximizin qara səhifəsi kimi xarakterizə edilir. O illərdə Azərbaycan ən çətin dövrünü yaşadı. Səriştəsiz, idarəçilik təcrübəsi olmayan ünsürlərin ölkəyə rəhbərliyi Azərbaycanı ən böyük faciələrlə, təhlükələrlə üz-üzə qoydu. Xalqın sabaha inamı tamamilə itmişdi. Belə çətin vaxtda xalqının səsinə səs verən ulu öndər Heydər Əliyev hakimiyyətə qayıdışı ilə bugünkü Azərbaycanın möhkəm təməlini yaratdı.

Azərbaycan dahi şəxsiyyətin gələcəyə hesablanmış, düşünülmüş siyasəti nəticəsində xaosdan, anarxiyadan, özbaşınalıqlardan, iqtisadi böhrandan xilas oldu.  Ümummilli lider Heydər Əliyevin səyləri nəticəsində 1994-cü il 12 may tarixində Ermənistanla atəşkəs sazişi imzalandı. Ölkəmizdə daxili sabitliyin yaradılması, bütün sahələrdə davamlı inkişafın təmin edilməsi üçün imkanlar yarandı. Məhz bu sabitlik həmin ilin sentyabr ayının 20-də “Əsrin müqaviləsi”nin imzalanmasını şərtləndirdi. Ulu öndər Heydər Əliyevin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” tezisi bütün dövrlərdə öz aktuallığını qoruyur. Azərbaycan ən sabit, təhlükəsiz ölkə kimi mövqeyini möhkəmləndirdi. İlllər keçdikcə atılan addımların uğurları Azərbaycanın bu mövqeyinə yeni əlavələr etdi. Bu baxımdan ki, bu gün Azərbaycan həm də dünyaya qalib ölkə kimi təqdim edilir. Regionda iqtisadi inkişafa böyük maneə kimi dəyərləndirilən Qarabağ münaqişəsi iki ildir tarixə qovuşub. Hazırda Azərbaycan regionda dayanıqlı sülhün, təhlükəsizliyin yaradılması üçün ciddi səylər göstərir, Ermənistana təklif etdiyi sülh təklifinin reallığa çevrilməsinə çalışır.

Azərbaycanın ayrı-ayrı mövzuların, müxtəlif sahələri əhatə edən məsələlərin müzakirəsi üçün ideal məkan kimi qəbul olunması da hər bir sahədə zəngin təcrübəyə malik olmasına əsaslanır. Azərbaycan dünyaya təkmil inkişaf modelini təqdim edir. Cənubi Qafqazın lider dövlətinə çevrilən, imzası ilə sözü arasında heç bir fərqin olmadığı Azərbaycan bu gün sabitlik, təhlükəsizlik, əmin-amanlıq məkanıdır. Daim artan dayanıqlı iqtisadiyyatı, qüdrətli orduya, güclü sosial siyasətə malik olması ilə seçilən ölkəmiz möhtəşəm qlobal layihələri uğurla reallaşdıran, tolerant dəyərlərin daşıyıcısı, multikulturalizm nümunəsi olan, bütün əməkdaşlıq formatlarında etibarlı tərəfdaş kimi tanınan bir ölkə kimi dünya birliyində nüfuzlu mövqeyə sahibdir.

Ümummilli lider Heydər Əliyevin uzaqgörənliyi, fədakarlığı, dövlətinə, xalqına bağlılığı sayəsində Azərbaycanın dünya birliyində əsl söz sahibi kimi yeri və rolunun möhkəmləndirməsi istiqamətində fəaliyyəti Vətənə xidmət nümunəsinə çevrilib. Ulu Öndər Azərbaycan tarixində müstəqilliyimizin memarı və qurucusu kimi yer tutub. Heydər Əliyev fenomeninə məxsus müdriklik, uzaqgörənlik və əzmkarlıq ona əvəzsiz ümummilli lider mövqeyi qazandırıb. Dövlət başçısı İlham Əliyev müstəqillik tariximizin ayrı-ayrı dövrlərinin müqayisəli təhlilini, gələcək nəsillərə çatdırılmasını qarşıya mühüm vəzifə kimi qoyur. Bu çağırışı edir ki, gələcək nəsil kimə borclu olduğumuzu bilməlidir.

Heydər Əliyev yolu son 19 ildə uğurla davam etdirilir. Dövlət başçısı İlham Əliyev torpaqlarımızın xilaskarı kimi adını tarixə qızıl hərflərlə yazdı. Tarixi Zəfərimiz ulu öndər Heydər Əliyevin 2003-cü ildə xalqa tarixi müraciətində böyük əminliklə söylədiyi “Mən Ona özüm qədər inanıram” fikrinin reallıqda təsdiqidir. Azərbaycanda Heydər Əliyev siyasətinin alternativi yoxdur. Bugünkü Azərbaycan məhz ulu öndər Heydər Əliyevin görmək istədiyi Azərbaycandır.