YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qubada ulu öndər Heydər Əliyevin anım günü qeyd olunub

Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının təşəbbüsü ilə Qırmızı Qəsəbə ərazi partiya təşkilatında ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova, təşkilatın əməkdaşları, partiya fəalları və gənclər iştirak ediblər.

İştirakçılar əvvəlcə Qırmızı Qəsəbədə Heydər Əliyev adına parkda Ümummilli Liderin abidəsi önünə gül-çiçək dəstələri düzərək xatirəsini ehtiramla anıblar.

Tədbirdə ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova bildirib ki, xalqımızın yaddaşına əbədi həkk olunmuş dahi şəxsiyyət Heydər Əliyev sadəliyi, səmimiyyəti, vətənpərvərliyi və yüksək insani keyfiyyətləri ilə hər bir azərbaycanlının qəlbində unudulmaz izlər buraxıb. Dahi insanın adı Azərbaycan xalqının rəmzinə, əməlləri isə hünər timsalına çevrilib. Həyatı və fəaliyyəti doğma xalqına və torpağa məhəbbət, sədaqət meyarı olub.

Heydər Əliyevin sarsılmaz polad iradəsi və qətiyyəti, xalqın tərəqqisi yolunda yorulmaq bilmədən çalışması, fədakar əməyi sayəsində müasir Azərbaycanın bünövrəsi qoyulub.

Bu gün Azərbaycanın qüdrətli dövlətə çevrilməsi, dinamik sosial-iqtisadi inkişafı, dünya birliyində öz layiqli yerini daha da möhkəmləndirməsi məhz ulu öndər Heydər Əliyevin ideyalarının yaşamasının, siyasi kursunun uğurla davam etdirilməsinin nəticəsidir.

Qırmızı Qəsəbə ərazi partiya təşkilatının sədri Telman Muxailov, sədr müavini Fərid Səmədov çıxışlarında bildiriblər ki, ulu öndər Heydər Əliyev möhtəşəm quruculuq siyasəti ilə Azərbaycanın ən yeni tarixini yazmış fenomen şəxsiyyətdir. Bu siyasəti inamla davam etdirən Prezident İlham Əliyev isə Ulu Öndərin yaratdığı şanlı tarixi yaşatmaqla birlikdə, həm də artıq yeni dövlətçilik məktəbinin banisinə çevrilib, fəaliyyəti ilə yeni bir tarixi epoxanın əsasını qoyub. Heydər Əliyev siyasətinin uğurla həyata keçirilməsi müstəqilliyimizi möhkəmləndirir, dövlətçiliyimizi qüdrətləndirir və nəticədə beynəlxalq aləmdə Azərbaycan Respublikasının rolunu və nüfuzunu artırır.

Yeni Azərbaycan Partiyasının 30 illiyi münasibətilə Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirakına görə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunan Yavuşva Donoviç Simanduyev çıxış edərək xalqımızın ümummilli lideri Heydər Əliyevin tarixi xidmətlərindən danışıblar.

Sonda ümummilli lider Heydər Əliyev irsinin dərindən öyrənilməsi və təbliği məqsədi ilə gənclərlə maarifləndirici söhbət aparılıb.