YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Abşeronda Ulu Öndərin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron rayonunda müstəqil Azərbaycan dövlətinin banisi, xalqımıza qurtuluş bəxş edən, görkəmli siyasi və dövlət xadimi ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Yeni Azərbaycan Partiyası (YAP) Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Xırdalan şəhərində ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, xatirəsi ehtiramla yad edilərək önünə gül dəstələri düzülüb.

Ulu Öndərin adını daşıyan mərkəzdə keçirilən tədbirdə ümummilli lider Heydər Əliyevin və ölkəmizin bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.

Tədbirdə çıxış edən Abşeron RİH başçısı Abdin Fərzəliyev Ulu Öndərin həyat və fəaliyyətindən danışaraq bildirib ki, Ümummilli Lider Azərbaycan dövlətçiliyini dağılmaqdan, ölkədə vətəndaş müharibəsinin baş verməsindən qoruyub. Heydər Əliyevin rəhbərliyi ilə qısa zamanda ölkə iqtisadiyyatında sürətli inkişafın əldə olunduğunu, “Əsrin müqaviləsi”nin imzalandığını, nizami ordu quruculuğunun əsasının qoyulduğunu deyən RİH başçısı əlavə edib ki, Ulu Öndərin qurduğu Azərbaycan nəinki bölgədə, o cümlədən bütün regionda güclü dövlətə çevrilib. Qeyd edilib ki, ümummilli lider Heydər Əliyevin ideyaları və azərbaycançılıq məfkurəsi ilə tərbiyə olunmuş igid oğullarımız Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Dəmir yumruğ”u ətrafında sıx birləşərək döyüş meydanında düşmənə ağır zərbə vurdu, 30 illik işğala son qoydu.

YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, Abşeron rayon Ağsaqqallar Şurasının sədri Nadir Ağayev, şəhid Rauf İbadovun atası Məhərrəm İbadov və şəhid İlqar Vəliyevin oğlu Vəli Vəlizadə bildiriblər ki, ulu öndər Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxaran və onu öz mübarizliyi, qətiyyəti ilə müstəqilliyə qovuşduran qüdrətli şəxsiyyətdir. Qeyd edilib ki, Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlayıb, öz xalqına sıx bağlılığın, milli dövlətçilik məfkurəsinə sadiqliyin canlı təcəssümü olub.

Tədbirdə Ümummilli Liderin adını daşıyan Heydər Əliyev Fondu tərəfindən müxtəlif sahələrdə görülən işlərdən də bəhs olunub.

DİGƏR Xəbərlər Arxiv