YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağsuda ulu öndər Heydər Əliyevin anım günü qeyd olunub

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar Yeni Azərbaycan Partiyası Ağsu rayon təşkilatının təşəbbüsü ilə Ağsu rayon Heydər Əliyev Mərkəzində tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsi önünə gül dəstələri düzərək, Onun əziz xatirəsini hörmətlə yad ediblər.

Tədbirdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ağsu rayon Heydər Əliyev Mərkəzinin direktoru Reyhanə Tacızadə və YAP Ağsu rayon təşkilatının sədr müavini Altun Şeydayev ulu öndər Heydər Əliyevin bütün ömrünü doğma vətənimizin iqtisadi, sosial və mədəni tərəqqisinə, xalqımızın firavanlığı və xoşbəxtliyinə, ölkəmizin dünya birliyində özünəməxsus layiqli yer tutması uğrunda mübarizəyə həsr etdiyini söyləyiblər. Qeyd olunub ki, Azərbaycan xalqı qazandığı müstəqilliyə və onun qorunub saxlanması sahəsində əldə etdiyi bütün nailiyyətlərə görə dahi oğluna daim minnətdardır.

Tədbir iştirakçıları Ağsu rayon Heydər Əliyev Mərkəzində ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini özündə əks etdirən foto sərgi ilə tanış olublar.