YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şanlı Zəfər tariximiz

Mansur Quliyev

YAP Ağdam rayon təşkilatının sədri

Bu gün 44 günlük şanlı Vətən müharibəsindəki parlaq qələbəmizin simvolu olan Zəfər paradından iki il ötür.  10 dekabr 2020-ci il tarixində möhtəşəm Qələbəmizin dünyaya təqdimatında əhəmiyyətli rol oynayan Zəfər paradı keçirildi.

Hərb və dövlətçilik tariximizə qızıl hərflərlə həkk olan Zəfər paradı hər bir azərbaycanlının qürur və fəxarət mənbəyi oldu. Bütün Azərbaycan xalqının, o cümlədən dünyanın müxtəlif yerlərində yaşayan soydaşlarımızın iftixarı və fəxri olan 44 günlük Vətən müharibəsində qazandığımız şanlı Qələbənin möhtəşəm nümayişi təntənəli şəkildə keçirilən Zəfər paradı oldu. Bu parad 44 günlük Vətən müharibəsində xalqımızın birliyinin və qəhrəmanlığının simvolu idi.

Vətən müharibəsi zamanı Azərbaycan xalqı Prezident İlham Əliyevin ətrafında bir yumruq kimi birləşdi, öz ordusuna dayaq və dəstək oldu.

Zəfər paradı həm də Azərbaycan-Türkiyə qardaşlığının nümayişi ilə yaddaşlara həkk oldu. Belə ki, hər zaman Azərbaycana qardaş dəstəyi göstərən Türkiyə Zəfər paradında da yanımızda oldu, sevincimizi bölüşdü. Ən qürurverici məqam isə paradda türk əsgər və zabitlərin azərbaycanlı qardaşları ilə yanaşı addımlamaları oldu.

Şanlı qələbəmiz münasibətilə “Zəfər”, “Qarabağ” ordenləri və “Vətən Müharibəsi Qəhraman” da daxil olmaqla 15 yeni medal təsis edilib. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq Sərəncamı ilə hərbçilərimizin Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlıqlarının nümayiş etdirilməsi və şəhidlərimizin əziz xatirəsini əbədiləşdirmək məqsədilə Bakıda Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər muzeyi yaradılıb. Məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə Hərbi Qənimətlər Parkı salınıb.

Zəfər paradında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Prezident İlham Əliyevin yanında olması dünyaya növbəti mesaj oldu və hər iki qardaş ölkənin qardaşlığının, dostluğunun sarsılmaz olduğunu bir daha sübut etdi.

10 dekabr 2020-ci il tarixdə keçirilən Azərbaycan Ordusunun Zəfər paradında Prezident, Ali Baş Komandan İlham Əliyev bununla bağlı deyib: “Bu zəfər tarixi zəfərdir. Azərbaycan xalqı bu günü 30 ilə yaxın müddət ərzində gözləyirdi, 30 ilə yaxın müddət ərzində Ali Baş Komandanın əmrini gözləyirdi. Mən dəfələrlə Azərbaycan xalqına müraciət edərkən deyirdim ki, biz daha güclü olmalıyıq və nəyi nə vaxt, necə etmək lazımdır, biz bilirik. Həyat göstərdi ki, vaxtında addımlar atdıq, bütün gücümüzü səfərbər edərək bir dəmir yumruq yaradıb düşmənin başını əzdik. Müharibə dövründə mən deyirdim ki, bizim dəmir yumruğumuz həm birliyimizi, həm də gücümüzü təcəssüm etdirir. Bu dəmir yumruq düşmənin belini qırdı, düşmənin başını əzdi. Bu gün biz qəhrəman xalq kimi bu bayramı qeyd edirik. Azərbaycanın müzəffər Ordusu öz tarixi missiyasını yerinə yetirdi, Ermənistanı məğlub etdi”.

Tarixi ədaləti bərpa edən Ali Baş Komandan İlham Əliyev qurucu lider, müzəffər sərkərdə və xalqımızın ən böyük arzularını gerçəkləşdirən şəxsiyyət kimi adını əbədi olaraq tarixə həkk etdi.

DİGƏR Xəbərlər Arxiv