YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qusarda ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb

Yeni Azərbaycan Partiyası (YAP) Qusar rayon təşkilatı ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə rayon Heydər Əliyev Mərkəzində tədbir keçirib.

Əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilərək önünə tər güllər düzülüb.

Tədbirdə Ulu Öndərin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov ümummilli lider Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti, zəngin dövlətçilik təcrübəsi barədə danışıb. Qeyd edib ki, müasir müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin əbədiyyətə qovuşmasından 19 il ötsə də, qədirbilən Azərbaycan xalqı onun misilsiz xidmətlərini hər an yüksək qiymətləndirir, əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir.

Gigiyena Epidemiologiya Mərkəzi ərazi partiya təşkilatının sədri Nadirşah Şirinov, partiyanın gənc fəalı Stella Əmirbəyova ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qorunmasında, möhkəmlənməsində gördüyü işlərdən və misilsiz xidmətlərdən söhbət açıblar.

Tədbirin sonunda ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətindən bəhs edən film nümayiş olunub.