YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağdaşda ulu öndər Heydər Əliyevin xatirəsi anılıb

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının təşəbbüsü ilə Ağdaş rayon Heydər Əliyev Mərkəzində bir qrup gəncin iştirakı ilə görüş keçirilib.

Əvvəlcə Heydər Əliyev Muzeyi ilə tanış olan görüş iştirakçılarına ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında geniş məlumat verilib.

Tədbirdə YAP Ağdaş rayon təşkilatının əməkdaşı Anar Şahmuradov çıxış edərək ulu öndər Heydər Əliyevin həm sovetlər dövründə, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi zamanı xalqımız və ölkəmiz üçün gördüyü böyük işlər haqqında ətraflı danışıb.

Ağdaş Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov Ulu Öndərin gənclər siyasətindən, Ağdaş Mədəniyyət Mərkəzinin direktoru Turanə Şıxəliyeva dahi şəxsiyyətin Azərbaycan mədəniyyəti və incəsənəti üçün gördüyü böyük işlərdən, Dəhnəxəlil kənd tam orta məktəbin direktoru Pərvin Rəhimov Ümummilli Liderin Azərbaycan dilinin, Ağdaş Dövlət Humanitar Kollecinin müəllimi Dilarə Manafova isə ölkə təhsilinin inkişafına göstərdiyi diqqət və qayğıdan bəhs ediblər.

Qeyd olunub ki, ulu öndər Heydər Əliyev ömrünü Azərbaycan xalqına, dövlətinə həsr etmiş tarixi şəxsiyyət və müasir Azərbaycan tarixinin özüdür. Gənc nəsil isə müstəqil Azərbaycanın gələcək tərəqqisi naminə mütləq bu tarixi öyrənməlidir.