YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti: Albaniya ilə əlaqələrimiz güclənir və yeni imkanlar yaranır

Albaniya ilə əlaqələrimiz güclənir və yeni imkanlar yaranır.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 8-də Albaniyanın Baş naziri Edi Rama ilə təkbətək görüşündə səsləndirib.

Dövlətimizin başçısı Albaniyaya səfəri zamanı göstərilən qonaqpərvərliyə görə Edi Ramaya təşəkkür edib. “Razılığa gəldiyimiz kimi, biz fəal dialoqu davam etdirəcəyik. Sizin səfəriniz artıq razılaşdırılmış məsələlərin gedişatını izləmək xarakteri daşıyır. Hər iki tərəfdən bütün tapşırıqlar verilib. Heyətlərimiz fəal şəkildə işləyirlər”, - deyən Prezident İlham Əliyev rəsmi səfərinin nəticələrini olduqca müsbət dəyərləndirib.

Tiranada səfirliyimizin açılmasını əməkdaşlığımızın vacib bir əlaməti adlandıran Azərbaycan Prezidenti deyib: “Praktiki nöqteyi-nəzərdən bu, bizə ölkənizdə gedən proseslərlə daha yaxından tanış olmaq imkanı verəcək. Eyni zamanda, bu, bizə ikitərəfli gündəliyimizdə daha da səmərəli olmağa imkan yaradacaq”.