YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan münaqişəyə öz gücü, qüdrəti ilə son qoydu

Mansur Quliyev

YAP Ağdam rayon təşkilatının sədri

Tarixin müxtəlif dönəmlərində Azərbaycana qarşı torpaq iddiaları və soyqırım aktları riyakar erməni xislətinin sağalmayan sindiromu olmuşdur.

Bölgədə hər zaman təxribat və terrora əl atan ermənilər 1988-ci ildən başlayaq açıq şəkildə ölkəmizə qarşı torpaq iddialarına başladılar və nəticə etibarı ilə Azərbaycanın 20 faiz ərazisini işğal edərək 30 ilə yaxın bir müddət ərzində ərazilərimizi əsarətdə saxladılar. Bu müddət ərzində Azərbaycan Ermənistanla danışıqlar masasında münaqişənin həlli istiqamətində konstruktiv mövqe nümayiş etdirərək sülh mövqeyini ortaya qoydu. Lakin Ermənistan sülh danışıqlarından boyun qaçıraraq cəbhədə silsilə təxribatlara əl atmağa davam etdi.

Qürur hissi ilə deyə bilərik ki, 30 ilə yaxın bir müddət ərzində erməni işğalında qalan torpaqlarımız 27 sentyabr 2020-ci il tarixdə başlayan, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında Şanlı Azərbaycan ordusunun sücaəti və qahrəmanlığı sayəsində Azərbaycanın haqq davası olan 44 günlük Vətən Müharibəsi zamanı işğaldan azad olundu.  Bu müharibə xalqımızın milli həmrəyliyinin, öz haqqı uğrunda mübarizə aparmaq əzminin nümayişi oldu. Hər bir azərbaycanlının qəlbində yüksək qürur hissləri yaradan şanlı və tarixi qələbəmiz Azərbaycan xalqında milli oyanışa, yeni bir dirçəlişə, birliyə səbəb oldu. Eyni zamanda, bütün Azərbaycan xalqı Prezidentimizin ətrafında dəmir yumruq kimi birləşərək, sözün əsl mənasında, böyük xalq olduğunu, ulu türk millətinin cəsur, qəhrəman bir boyu olduğunu bir daha sübut etdi, misilsiz birlik, həmrəylik nümayiş etdirdi.

44 günlük şanlı Vətən Müharibəsində Azərbaycan xalqı 30 il davam edən işğala son qoymaq üçün öz Prezident İlham Əliyevin ətrafında birləşdi, birliyini, iradəsini və gücünü ortaya qoydu, ədaləti, beynəlxalq hüququ bərpa etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan ordusu 2020-ci il noyabrın 8-də Şuşanı işğaldan azad etməklə Vətən müharibəsini tarixi Qələbə ilə başa vurdular. Böyük qürur hissi ilə deyə bilərik ki, Ermənistan cəmi 44 günə Azərbaycan qarşısında diz çökdü, 30 illik münaqişəyə Azərbaycan öz gücü, qüdrəti ilə son qoydu və tarixi ədaləti bərpa etdi.

Prezident İlham Əliyev Azərbaycan tarixinə xilaskar və Müzəffər Komandan kimi adını yazdırdı. Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan dövləti 44 günlük müharibədən sonra əldə etdiyi qələbə ilə regiondakı vəziyyəti dəyişdi.

Həmçinin qeyd etmək lazımdır ki, işğaldan azad olunmuş ərazilərdə infrastruktur quruculuğu, nəqliyyat qovşağlarının bərpası və digər sosial yönümlü layihələrin icrası uğurla və çox surətlə davam etdirilir. Bütün sadalanan bu amillər Azərbaycanın nə qədər güclü və qüdrətli bir dövlət olduğunu bir daha sübuta yetirmiş olur.

Bu gün artıq reallıq başqadır və Azərbaycan diktə edən tərəf kimi öz uğurlu diplomatik gedişlərini icra etməkdədir.