YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hərbi gücün nümayişi

Anar Nəbiyev

YAP Qazax rayon təşkilatının sədri

2020-ci il  dekabrın 10-da  Vətən müharibəsində Qələbəyə həsr olunmuş hərbi parad keçirildi. Xalqımız bu paradı böyük ruh yüksəkliyi ilə gözləyirdi. Qalib ölkənin xalqı olaraq müzəffər Qrdumuzun malik olduğu imkanları Azadlıq meydanında izləmək qürurverici idi.  Keçirilən hərbi paradda 3000 nəfərdən artıq şəxsi heyət, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdirildi. Paradda, həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş olundu.

Müstəqilliyimizin, suverenliyimizin qarantı olan ordu quruculuğu ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından bu günədək həyata keçirilən siyasətin əsasında dayanıb. Ümummilli Liderin “Sülh danışıqlarını cəsarətlə aparmaq üçün güclü ordun olmalıdır” tezisinə uyğun olaraq bu sahədə biri-birindən əhəmiyyətli addımlar atıldı. Belə ki, inkişaf etmiş hərbi sənaye kompleksinə malik olan dövlətlərdən müasir silah və texnikalar alınaraq ordumuzun maddi-texniki bazası daha da möhkəmləndirilib. "Bizim ordumuzun son illər ərzində uğurlu inkişafı göz qabağındadır. Bunu Azərbaycan xalqı bilir, görür. Dünyada orduların reytinqlərini tərtib edən sanballı qurumlar da bunu qeyd edir. Bu gün Azərbaycan Ordusu dünyada 50 ən güclü ordu sırasındadır. Biz bunu yorulmaz fəaliyyət nəticəsində əldə etmişik. Çünki mənim Prezident kimi fəaliyyətimdə ordu quruculuğu birinci yerdədir” söyləyən dövlət başçısı İlham Əliyev bildirir ki, bu sahə daim diqqət mərkəzində olacaq.    

Zəfər  paradı bir daha Azərbaycan Ordusunun hansı imkanlara malik olduğunu nümayiş etdirdi. Çünki bu parad dünya hərb tarixinə yeni səhifə yazan Azərbaycan əsgərinin qəhrəmanlığının, şücaətinin təqdimatı oldu.

Türkiyə Prezidenti  Rəcəb Tayyib Ərdoğanın yenə də Prezident İlham Əliyevin yanında olması dünyaya növbəti mesaj oldu. Dost, qardaş Türkiyənin Prezidenti bu fikri böyük qürur hissi ilə qeyd etdi ki, azərbaycanlı qardaşlarımızın mübarizəsi nəticəsində artıq bu gün Qarabağ səmalarını köhnə bir bez parça deyil, ay və ulduz bəzəyir. Azərbaycan bayrağı Qarabağda qürurla dalğalanır.

Xalq-Prezident-Ordu birliyi sayəsində əldə olunan Zəfərimiz  Azərbaycanın qarşısında daha böyük imkanlar yaradır. Əsas olan budur ki, biz məğrur, öz tarixinə sahib çıxan, bir qarış belə torpağını düşmənə verməyən, mübarizəsindən geri dönməyən xalq olduğumuzu nümayiş etdirdik. Bu qürur qarşıdakı dövr üçün stimulverici amil rolunu oynayır. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad edilmiş torpaqlarımıza qalib ölkənin qalib Prezidenti kimi səfər etməsi böyük qürurdur. 30 il işğal altında qalan, amma heç zaman əyilməyən, qürurunu sındırmayan torpaqlarımız bu gəlişdən sevincli, toy-büsatlı olur.  Hər gəliş Böyük Qayıdışın sürətlənməsinə xidmət edən addımlarla zəngindir. Bu gün bu torpaqlar erməni vəhşiliklərinə şahidlik etməklə yanaşı, dünyaya bu çağırışı edir ki, tarixi sahibindədir. Dağıntıları bərpa-quruculuq mərhələsi əvəzləyir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, biz bu torpaqlardayıq və əbədi olacağıq.