YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Ordusu erməni miflərini məhv etdi

İlqar İlyasov

YAP Laçın rayon təşkilatının sədri

44 Günlük Vətən müharibəsi Azərbaycanın gücü ilə yanaşı Ermənistanın mütiliyini, vassal dövlət olduğunu göstərdi. Müasir hərb tariximiz ordumuzun şücaətini dünyaya nümayiş etdirməklə yanaşı saxta erməni mifini qırdı. Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistanın silahlı qüvvələrini məhv etməyib, həmçinin,saxtakar erməni mifini də məhv etdi. Tarixi dövrün 44 günü ərzində Ermənistan ordusu məhv edildi, hərbi texnikası məhv edildi, canlı qüvvəsi məhv edildi və Azərbaycan öz gücünü, öz qüdrətini göstərdi. Ermənistan ordusu eyni zamanda mənəvi məğlubiyyətə uğramışdır.

Vətən müharibəsi həmçinin Azərbaycan xalqının qəhrəmanlığını, vətənə, torpağa bağlılığını bir daha nümayiş etdirdi. Gənclərimiz fasiləsiz israrla Səfərbərlik Xidmətinə müraciət edib döyüşə qatılmaq üçün müraciətlər edirdilər.

Azərbaycan əsgəri, döyüşlərdə yalnız qələbə haqqında düşünürdü.

44 günlük müharibədə ordumuz bir qarış belə mövqeyimizdən geri çəkilmədi. Əksinə, qələbə xəbərləri bir- birini əvəzləyirdi. Qəhrəman igidlərimiz yüksək mənəvi hazırlıq və peşəkarlıqla döyüşə qatılır və qələbələr qazanırdılar. Vətən uğrunda canlarını fəda verməyi şərəf duyurdular.

Vətənpərvərliyin və əsgər andına sadiqliyin təcəssümü idi, igid oğullarımızın davranışı.

Azərbaycan Ordusunda bir nəfər belə fərari olmayıb. Yaralı əsgər və zabitlərimiz hərbi hospitallarda, xəstəxanalarda həkimlərdən xahiş edirdilər ki, bizi tezliklə sağaldın, biz qayıdaq döyüş meydanına, biz öz missiyamızı başa vurmalıyıq.

Ləyaqətlə döyüşüb şəhidlik zirvəsinə qaxmaq hər bir döyüşçümüzün müqəddəs arzusu olub. Bu əhval- ruhiyyə ilə döyüşən Azərbaycan əsgərinə yalnız qələbə yaraşır və bu qələbəni də qazandı ordumuz. Düşmən tərəfdə isə tam əksi görsənirdi. Erməni xalqı kimi ordusu da qorxaq və mütiliyini aydın göstərdi.

Müharibə dövründə Ermənistan ordusunda 10 mindən çox fərari olub.

Ermənistanın müxtəlif bölgələrindən silah gücünə, zor gücünə insanlara hərbi geyim və silah verib müharibəyə göndərirdilər. Döyüş ruhunun aşağı olması, erməni əsgərinin qorxaqlığı, fərariliyi ifrat həddə çatdırmışdı. Bunun bir neçə səbəbi vardı.

Birincisi- erməni xalqı nəhayət aydın dərk etdi ki, onlara heç bir aidiyyatı olmayan Azərbaycan torpaqlarında döyüşürlər.

İkincisi- xalq duydu ki, bu müharibə yalnız ermənistandakı bir qrup mofioz, cinayətkar birləşmələrə sərf edir.

Üçüncüsü- erməni əsgəri ruhən döyüşə girdiyi əraziyə bağlı deyildi, çünki o əraziləri onlara bağlayan heç bir faktor yox idi.

Dördüncüsü-Ermənistan Ordusu saxta mifləşdirilmiş əslində yararsız, hazırlıqsız, talançı komandanlqla idarə olunurdu.

Beşinci faktor - erməni xalqı kimi- erməni əsgəri də heç vaxt, tarixən qəhrəman olmayıb.

Bütün bu faktorlar Ermənistanın rüsvayçı məğlubiyyətini, Azərbaycanın mütləq qələbəsini təmin etdi.