YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhidin doğum günündə xatirəsi anılıb

Gədəbəy rayonu Kiçik Qaramurad kəndində şəhid Quliyev Mehtab Ənvər oğlunun doğum günündə xatirəsi anılıb.

Yeni Azərbaycan Partiyası (YAP) Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev, Gədəbəy Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul işçiləri, Gədəbəy şəhər Cümə məscidinin imamı Rövşən Mustafayev və kənd sakinləri şəhidin məzarını ziyarət edib, ruhuna dualar oxuyub, əziz xatirəsini böyük ehtiramla anıblar.

Şəhidin atası dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.