YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağdamda şəhidin adı sinif otağına verilib

Ağdamda 44 günlük Vətən müharibəsi şəhidi baş leytenant Səfərov Hikmət İldırım oğlunun şəhadətinin ikinci ildönümü ilə bağlı xatirəsi anılıb.

Ağdam rayon İkinci Alıbəyli qəsəbə tam orta məktəbində şəhid Hikmət Səfərovun adı sinif otağına verilib.

Şəhidin xatirəsinə həsr olunmuş tədbirdə Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, Ağdam Rayon İcra Hakimiyyəti başçısının müavini Xəqani Nəzərov, rayon təhsil şöbəsinin məsul əməkdaşları, partiya fəalları, şəhidin ailə üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Şəhidin həyat və döyüş yoluna nəzər alınıb.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, şəhid Hikmət Səfərov Vətən müharibəsi zamanı Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib.

Prezident İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən o, ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Ağdamın azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib.