YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhidlərin xatirəsinə ehtiram

Suraxanı rayonu 87 nömrəli tam orta məktəbdə Vətən müharibəsi şəhidi Orucov Səbuhi Vahid oğlunun xatirəsinə həsr olunmuş “Sonuncu səngər” adlı kitabın təqdimat mərasimi keçirilib.

Tədbirdə Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, kitabın müəllifi Təranə Cəbiyeva, şəhidin ailə üzvləri, qazilər iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Kitabın müəllifi Təranə Cəbiyeva bildirib ki, 44 günlük Vətən müharibəsi zamanı Suraxanı rayonu 56 şəhid verib. “Sonuncu səngər” adlı kitabda şəhid Orucov Səbuhi Vahid oğlundan bəhs edilib.

YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov vurğulayıb ki, şəhidlərlə bağlı kitabların yazılması, filmlərin çəkilməsi, tamaşaların səhnəyə qoyulması gələcək nəsillərin onları hörmət və ehtiramla yad etməsi üçün çox əhəmiyyətlidir.

Şəhidin anası Narınc Orucova göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.

Daha sonra Suraxanı rayonu Gülarə Əliyeva adına 3 saylı Uşaq İncəsənət Məktəbinin yetirmələrinin təqdimatında şəhidlərə həsr olunan ədəbi-bədii kompozisiya nümayiş edilib.

Vətən müharibəsi şəhidləri Səmədli Elşən Bayram oğlu, Hüseynov İsabala Ceyhun oğlu və Qasımzadə Tahir Sərdar oğlunun şəhadətlərinin ikinci ildönümündə isə xatirələri anılıb.

YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatı Afət Həsənova, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri Əmircan qəsəbəsindəki Şəhidlər xiyabanında şəhidlərin məzarlarını ziyarət edib, ruhlarıan dualar oxuyublar.

Sonra tədbir iştirakçıları şəhidlərin xatirəsinə açılan ehsan süfrəsində iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

RİH başçısı Əziz Əzizov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, deputat Afət Həsənova Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi qələbədən, işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən abadlıq-quruculuq işlərindən danışıb, ölkəmizdə, o cümlədən Suraxanı rayonunda şəhid ailələrinə göstərilən diqqət və qayğıdan söz açıblar.