YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda Qara Dəniz və Xəzər Dənizi Beynəlxalq Əməkdaşlıq və Tərəfdaşlıq Fondunun toplantısı keçirilir

Mayın 23-də Bakıda Qara Dəniz və Xəzər Dənizi Beynəlxalq Əməkdaşlıq və Tərəfdaşlıq Fondunun Baş Assambleyasının və Direktorlar Şurasının 14-cü toplantısı işə başlayıb.

Əvvəlcə toplantı iştirakçıları Bakıda çoxmərtəbəli Binada baş vermiş yanğın nəticəsində həlak olan insanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Sonra Fondun prezidenti İsmayıl Safinin Türkiyə Respublikasının sədrliyi dövründə qurumun gördüyü işlər barədə məruzəsi dinlənilib.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov tədbirdə çıxış edib.

Toplantının sonunda Qara Dəniz və Xəzər Dənizi Beynəlxalq Əməkdaşlıq və Tərəfdaşlıq Fondunun Direktorlar Şurasının 2016-cı il üçün növbəti iclasının tarixi və yeri barədə qərar qəbul ediləcək. Həmçinin Baş Assambleyanın 14-cü toplantısının qərarları imzalanacaq.

 

DİGƏR Xəbərlər Arxiv