YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Çavuşoğlu: NATO müttəfiqlərimiz Azərbaycan və Türkmənistan qazının Avropaya çatdırılmasında Türkiyədən dəstək istədilər

NATO ölkələrinin xarici işlər nazirlərinin Buxarestə keçirilən toplantısı faydalı oldu. Müttəfiqlərimiz Azərbaycan və Türkmənistan qazının Avropaya çatdırılmasında Türkiyədən dəstək istədilər.

Bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Buxarestdə keçirilən NATO ölkələrinin xarici işlər nazirlərinin toplantısından sonra keçirdiyi mətbuat konfransında ifadə edib.

Nazir diqqətə çatdırıb ki, Avropa daxil olmaqla dünyadakı mövcud enerji böhranı problemlərini həll etmək üçün bu sahədə əməkdaşlığa ciddi ehtiyac var.