YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakı Xoreoqrafiya Akademiyasında YAP-ın 30 illiyinə həsr olunmuş konsert təşkil olunub

Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı Bakı Xoreoqrafiya Akademiyası (BXA) ilə birgə YAP-ın 30 illiyinə həsr olunmuş konsert proqramı təşkil edib.

Konsertdə YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, Mədəniyyət nazirliyinin, Elm və təhsil nazirliyinin əməkdaşları, Dövlət İmtahan Mərkəzinin, Azərbaycan ali təhsil müəssisələrinin, Nəsimi Rayon İcra Hakimiyyətinin nümayəndələri, incəsənət və media nümayəndələri, ictimai fəallar və BXA-nın rəhbər və tələbə-müəllim heyəti iştirak edib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilib. Ümummilli lider Heydər Əliyevin və canlarını Azərbaycanın ərazi bütövlüyü yolunda qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra BXA-nın tələbə-müəllim heyətinin ifasında rəqslər nümayiş etdirilib, musiqi nümunələri səsləndirilib.

Qeyd edək ki, konsertin bədii rəhbəri BXA-nın tədris işləri üzrə prorektoru, rektor vəzifəsini müvəqqəti icra edən Əməkdar artist Nailə Məmmədzadədir.