YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan regionda sülh və əməkdaşlıq tərəfdarıdır

Abbas Əliyev

Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının sədri

Azərbaycan Prezidenti İlham Əliyev ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda ölkəmizin müəllifi və təşəbbüskarı olduğu enerji və nəqliyyat layihilərinin əhəmiyyəti, Orta Dəhlizin reallaşması perspektivləri, eləcə də regionda təhlükəsizlik məsələlərindən ətraflı bəhs edib. Dövlətimizin başçısı konfransda iştirak edən nüfuzlu beynəlxalq ekspertlərin də suallarını əhatəli şəkildə cavablandırıb.

Beynəlxalq konfransın iştirakçıları arasında ABŞ, Belçika, Bolqarıstan, Böyük Britaniya, Fransa, İsrail, İsveçrə, İtaliya, Gürcüstan, Kanada, Misir, Pakistan, Polşa, Rumıniya, Rusiya və Türkiyənin aparıcı beyin mərkəzlərinin rəhbərləri və nümayəndələri də yer alıblar. Konfransda Orta Dəhlizin təhlükəsizlik aspektləri, regionun iqtisadi imkanları müzakirə olunub. Xüsusilə bu baxımdan Zəngəzur dəhlizinin əhəmiyyəti, Şərq-Qərb dəhlizinin yaradacağı yeni nəqliyyat imkanları, beynəlxalq yükdaşımalarının genişləndirilməsi və şaxələndirilməsi məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Prezident İlham Əliyev konfransda Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesindən də bəhs edib. Görünən odur ki, Ermənistan prosesə əngəl törədir. Belə ki, dövlətimizin başçısının dediyi kimi dekabrın 7-də Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan ilə nəzərdə tutulan görüş keçirilməyəcək. Buna səbəb isə  Ermənistanın baş nazirinin həmin görüşə yalnız orada Fransa prezidenti Emmanuel Makronun iştirak edəcəyi təqdirdə razılıq verəcəyini bildirməsidir. Bu isə o deməkdir ki, həmin görüş baş tutmayacaq. Çünki Praqa görüşündən bir neçə gün sonra Fransa prezidenti Makron müsahibəsində Azərbaycana qarşı əsasız ittihamlar irəli sürdü və Ermənistana açıq-aşkar dəstək nümayiş etdirdi. Daha sonra Fransa Senatının ölkəmizə qarşı qəbul etdiyi əsassız qətnamə və digər faktlar Fransanın obyektiv vasitəşilik etmədiyini göstərir. Dövlətimizin başçısı Paşinyanın Brüssel görüşündə Makronun iştirak etməsi tələbini irəli sürməsini sülh danışıqlarını pozmaq cəhdi kimi qiymətləndirib.

44 günlük müharibə bitdikdən sonra Cənubi Qafqazda sülhün təmin olunması, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində Avropa İttifaqı, Rusiya və ABŞ beynəlxalq vasitəçilər qismində çıxış edirlər. Bu formatlar çərçivəsində bir neçə dəfə liderlər, xarici işlər nazirləri və digər rəsmi şəxslər arasında görüşlər keçirilib. Liderlərin oktyabrın 6-da Praqa, oktyabrın 31-də isə Soçi görüşünün yekun bəyanatında Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Praqa görüşündən sonra Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin bu ilin sonunadək sülh sazişinin imzalanmasının tərəfdarı olduğunu bəyan etmişdi. Lakin Ermənistanın qeyri-konstruktiv mövqeyi sülh sazişinin imzalanacağının tezliklə imzalanacağını sual altına quyur. Dekabrın 7-də nəzərdə tutulan Brüssel görüşünün də Paşinyan tərəfindən pozulması da bunu deməyə əsas verir. Beləliklə, Paşinyanın ikili oyunları sülh təşəbbüslərinə zərbə vurur.

Prezident İlham Əliyev qeyd edib ki, indi ermənilər sülh haqqında danışırlar: “Mən bunun nə dərəcədə səmimi olduğunu, onların tam sağalması üçün, bu zəhərli beyin yuyulmasından qurtulmaq üçün onlara daha bir soyuq duşun lazım olub-olmadığını bilmirəm. Lakin onlar öz təhsil paradiqmasını tamamilə dəyişməlidirlər. Onlar öz ideoloji əsaslarını dəyişməlidirlər. Bu, ağrılı bir prosesdir, lakin onlar bunu etməlidirlər. Əks təqdirdə onlar tamamilə çaş-baş qalacaqlar”. Dövlət başçısının sözlərinə görə, Paşinyan başa düşür ki, biz istəsək bir çox şeylər edə bilərik və heç kəs bunun qarşısını ala bilməz: “Məsələ burasındadır ki, biz bunu istəmirik. Biz sülh istəyirik”.

Beləliklə, N.Paşinyan unutmamalıdır ki, torpaqlarımızın 30 ilə yaxın davam etmiş işğal dövründə Azərbaycan problemin sülh yolu ilə tənzimlənməsi üçün bütün mümkün cəhdləri etdi. Amma Ermənistan sülhə gəlmədiyi üçün Azərbaycan öz gücünə torpaqlarını işğaldan azad etdi. rəsmi İrəvan anlamalıdır ki, sülhə gəlməkdən başqa çarəsi yoxdur. Əks halda, ermənilərin heç bir gələcəyi yoxdur.