Xəbərlər
Bakıda Azərbaycan-Rusiya işgüzar görüşü keçiriləcək
Rusiya Federasiyası Həştərxan vilayəti hökumətinin sədri, vitse-qubernator Konstantin Markelovun ölkəmizə səfəri çərçivəsində mayın 26-da Bakıda Azərbaycan-Rusiya işgüzar görüşü keçiriləcək.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan bildiriblər ki, tədbirdə Həştərxan vilayətində yerləşən sənaye-istehsal tipli xüsusi iqtisadi zonasına dair geniş məlumat veriləcək.
İşgüzar görüş İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi və AZPROMO-nun təşkilatçılığı ilə keçiriləcək.