YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Suraxanıda şəhidin anım mərasimi keçirilib

Vətən müharibəsi şəhidi leytenant Şahmar Nazim oğlu Səfərovun şəhadətinin ildönümü qeyd edilib.

Anım mərasimində Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, RİH başçısının müavinləri və şöbə müdirləri, şəhidin ailə üzvləri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Şəhidin İkinci Fəxri xiyabanda məzarı ziyarət olunub, önünə gül dəstələri düzülüb. Canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin ruhuna dualar oxunub, əziz xatirələri ehtiramla yad edilib.