YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid Oktay Ağabəyovun əziz xatirəsi yad edilib

Nizami rayonunda Vətən müharibəsi şəhidi Oktay Baxşəli oğlu Ağabəyovun əziz xatirəsi yad olunub. Doğum günü ilə əlaqədar şəhidin Keşlə qəsəbəsindəki Şəhidlər xiyabanında məzarı ziyarət edilib, ruhuna dualar oxunub.

Sonra Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatında şəhidin xatirəsinə həsr olunmuş tədbir keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himinin səsələndirilməsindən və ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxış edən Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini İldırım Mehdiyev, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, şəhid Oktay Ağabəyovun döyüş yoldaşları Xəqani Orucov, Elçin Allahverdiyev və başqaları Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərdən və Azərbaycan hərbçilərinin heyrətamiz qəhrəmanlığından söhbət açıblar. Çıxışlarda 2020-ci ilin payızında Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun yağı düşmən üzərində Zəfərinin ölkəmizin tarixinə qızıl hərflərlə əbədi həkk olunduğu vurğulanıb. Qəhrəmancasına döyüşən, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin dərin ehtiramla yad edildiyi, onların əziz xatirəsinin uca tutulduğu ifadə olunub.

Şəhid Oktay Ağabəyovun ailə üzvləri adından çıxış edən anası Əlvadə xanım Ağabəyovaya oğlu ilə bağlı xatirələrini bölüşüb, bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb, şəhidlərin ailə üzvlərinə, qazilərə, müharibə veteranlarına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.

Şəhid Oktay Ağabəyovun ailə üzvləri vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.

Xatırladaq ki, şəhid Oktay Baxşəli oğlu Ağabəyov Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

DİGƏR Xəbərlər Arxiv