YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Azərbaycan Dəmir Yolları” QSC-də tədbir keçirilib

“Azərbaycan Dəmir Yolları” QSC-də Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 30 illiyinə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları QSC-nin inzibati binasında ümummilli lider Heydər Əliyevin büstünü və şəhidlərin xatirəsinə həsr edilmiş guşəni ziyarət edib, gül dəstələri düzüblər.

Tədbirdə Dövlət Himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri çıxış üsən Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov və digərləri partiyanın yaranma tarixindən, keçdiyi şərəfli yoldan, gələcək hədəflərdən danışıb, partiyanın 30 il ərzində keçdiyi zəngin və şərəfli inkişaf yoluna nəzər salıb.

Sonda rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına təşəkkürnamələr, eləcə də partiya sıralarına yeni qəbul olunmuş 30 nəfərə üzvlük vəsiqəsi təqdim edilib.