YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aydın Hüseynov: Gələn ilin dövlət büdcəsi dayanıqlı və davamlı inkişafı təmin edəcək

2023-cü il üçün dövlət büdcəsi xərcləri və gəlirləri baxımından müstəqillik tariximizin ən böyü büdcəsidir. Qlobal müstəvidə baş verən iqtisadi təlatümlərə və böhranlara baxmayaraq Azərbaycanda hər il davamlı olaraq büdcədə artım olur. Bu fakt özü  Azərbaycanın iqtisadi dayanıqlığının göstəricisidir. Builki artım da nəzərəçarpacaq səviyyədədir.  Belə ki, 2023-cü ili dövlət büdcəsinin gəlirləri 30,7 milyard manat, xərcləri isə 33, milyard manat nəzərdə tutulub ki, bu da cari illə müqayisədə müvafiq olaraq  5,2 və 3.1 faiz artıqdır. Xərclərin bölgüsünə nəzər salsaq görərik ki, bütün sahələr əhatə olunub və hər bir sahə üzrə də müvafiq olaraq artımlar var. Müdafiə, elm, təhsil, səhiyyə, sosial təminat və digər sahələrdə davamlı inkişafı təmin etmək üçün kifayət qədər əsaslandırılmış bir büdcə layihəsi var. 

Ümumi artım tendensiyası proqnozlaşdırılan gəlirlərdə də özünü göstərir.  Qeyri neft sektoru üzrə gəlirlərin artımını xüsusi qeyd etmək lazımdır.  2023-cü ildə dövlət büdcəsinin qeyri-neft gəlirləri 14,4 milyard proqnozlaşdırılıb ki, bu da cari  illə müqayisədə 5,6 faiz, ötən illə müqayisədə isə 12,2 faiz çoxdur. Bu eyni zamanda Dövlət Neft Fondundan büdcəyə transfertin azalmasına imkan yaradır. Belə ki, gələn il Neft Fondundan dövlət büdcəsinə 11,3 milyard manat transfert nəzərdə tutulur ki, bu cari illə müqayisdəd 238 milyon manat azdır. Digər bir müsbət məqam makroiqtisadi göstəricilərlə bağlıdır. Belə ki, gələn il ÜDM-ni 3,5 faiz artımı proqnozlaşdırlır. Bu isə, beynəlxalq iqtisadi vəziyyəti nəzərə alsaq çox böyük bir rəqəmdir Bundan əlavə növbəti ildə ehtiyac meyarının həddi 23 faiz artaraq 246 manat nəzərdə tutulur. Bununla da 2023-cü ildə ölkə üzrə yaşayış minimumu və ehtiyac meyarının hədləri bərabərləşmiş olacaqdır. 

Vətən müharibəsindəki möhtəşəm zəfərdən sonra regionda yaranan yeni reallıqlar  müdafiə xərclərinin əhəmiyyətini daha da artırıb.  Təbii ki, ölkəmizin müdafiə qabiliyyətinin gücləndirilməsi və milli təhlükəsizliyinin təmin edilməsi büdcədə də prioritetdir. 2023-cü ilin dövlət büdcəsində bu məqsədlə 5,3 milyard vəsait nəzərdə tutulub. Bu rəqəm ötən illə müqayisədə  17,1 faiz çoxdur.

Əminliklə deyə bilərik ki, gələn ilin dövlət büdcəsi də sosial yönümlüdür. Bu məqsədlə 15,2 milyard manat vəsait nəzərdə tutulur ki, bu da 2022-ci illə müqayisədə 1,3 milyard manat və ya 9,3 faiz çoxdur. Əslində biz işğaldan azad edilmiş ərazilərin bərpası üçün nəzərdə tutulmuş vəsaiti də sosialyönümlü hesab edə bilərik. Bu isə o deməkdir ki, büdcənin xərclərinin təxminən 46 faizi sosial istiqamətə yönələcək. Bundan əlavə, cari illə müqayisədə təhsil sahəsi üzrə xərclərin  13,8 faiz artımı nəzrdə tutulub. Aaqrar sektorun stimullaşdırılması, kənd təsərrüfatının aparıcı sahələrinin inkişaf etdirilməsi üçün 2023-cü ilin dövlət büdcəsində 1,2 milyard manat məbləğində vəsait nəzərdə tutulub ki, bu da 2022-ci illə müqayisədə 20,5 faiz çoxdur. 

Büdcə layihəsində işğaldan azad edilən ərazilərdə bərpa və quruculuq işlərinin davam etdirilməsi üçün 3 milyard manat vəsait nəzərdə tutulub. Bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasına maliyyə təminatı yaradır. Bu proqram hələ 2003-cü ildən Azərbaycanda formalaşmış müsbət təcrübənin məntiqi davamıdır. Belə ki, Cənab İlham Əliyev prezident seçildikdən sonra regionların sosial iqtisadi inkişafına dair ardıcıl olaraq  4 dövlət proqramı qəbul edilmişdir. Həmin dövlət proqramlarının uğurlu icrası nəticəsində əldə olunun nailiyyətlə xüsusi ilə də  regionlardaın sürətli inkişafı göz qabağındadır. İşğaldan azad edilən torpaqlarda bərpa quruculuq işləri insanlarımızın mümkün ən qısa və təhlükəsiz şəraitdə öz yurdlarına qayıtması  belə bir dövlət proqramının hazırlanmasına zərurət yaradırdı. 

Dövlət proqramı kifayət qədər əsaslandırılmış, geniş və hər tərəflidir. Burada həmin ərazilərdə aparılmış bərpa-quruculuq işləri və mövcud vəziyyət, əhalinin doğma torpaqlarına geri qayıdışı məsələləri, gözlənilən nəticələr, ehtimal edilən risklərin idarə olunması, maliyyələşmə mənbələri, prioritetlər və hədəflər öz əksini tapıb. Proqramın icrası həmin ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, dövlət‒özəl tərəfdaşlığına əsaslanan iqtisadi artımın stimullaşdırılması və dayanıqlı məskunlaşmanın təmin edilməsi baxımından olduqca vacibdir. Təbii ki, İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması, bərpası, dayanıqlı inkişafının və əhalinin yüksək həyat səviyyəsinin təmin olunması üçün zəruri infrastrukturun yaradılması xüsusi önəmə malikdir və bütün bunlar proqramda öz əksini tapıb. Dövlət proqramının siyasi, iqtisadi və sosial və əhəmiyyətinindən irəli gələrək büdcədən bunun üçün vəsait ayrılması çox vacibdir. Nəzərə almaq lazımdır ki, büdcə gəlirləri ilə bağlı proqnozlar konservativ yanaşma əsasında hazırlanıb. Yəni gəlirlərin proqnozlardan artıq olacağı istisna deyil və təcrübə də bunu göstərir. Ona görə də məhz həmin gəlirlərin hesabın gələcəkdə  Böyük Qayıdış Dövlət Proqramının icrasının sürətləndirilməsi üçün əlavə maliyyə təminatının yaradılması da məqsədəuyğundur. 

Ümumilikdə əminliklə deyər bilərik ki, 2023-cü il üçün dövlət büdcəsi bütün sahələr üzrə dayanaqlı inkişafın təmin olunmasını özündə ehtiva edir.