YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti: Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvləri Ermənistanın təxribatına getmədilər

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvləri Ermənistanın təxribatına getmədilər. Bəziləri isə öz çıxışlarında Ermənistanı elə günə qoydular ki, Ermənistanda bu günə qədər də bunu yaddan çıxara bilmirlər.

Bu barədə Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının (YAP) Sədri İlham Əliyev partiyanın yaradılmasının 30 illiyi münasibətilə keçirilən tədbirdəki çıxışında bildirib.

Dövlətimizin başçısı deyib ki, bu, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında Azərbaycanın dostlarının Ermənistanınkından daha çox olduğunu göstərir.

“Nəyə görə? Siyasətimizə görə, bizim etibar tərəfdaş olmağımıza görə. Ermənistana nə üçün münasibət mənfidir? Ona görə ki, onlar hər yerdə yalan danışırlar və öz problemlərini həll etmək üçün necə deyərlər, daha qapı qalmayıb ki, oraya müraciət etməsinlər. Bütün bunlar göz qabağındadır, hər kəs bunu görür, hər kəs bunu bilir”, - deyə Prezident İlham Əliyev vurğulayıb.