YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zəfər tarixinin qəhrəman şəhidləri anılır

Quba rayonunda Vətən müharibəsi şəhidi leytenant Piriyev Səttar Fuad oğlunun şəhadətinin ikinci ildönümündə xatirəsi anılıb.

Yeni Azərbaycan Partiyası (YAP) Quba rayon təşkilatının sədri Fidan Hüseynova və təşkilatın əməkdaşları şəhidin ailəsini ziyarət edib, onlara dərin hüznlə başsağlığı veriblər.

Görüşdə şəhid Səttar Piriyevin şərəfli həyat və döyüş yolu, torpağa, milli-mənəvi dəyərlərə bağlılığı, müqəddəs şəhidlik zirvəsinə ucalmasından bəhs edilib, şəhid ailəsinin qayğı və problemləri dinlənilib.

Şəhidin məzarı da ziyarət olunub, önünə tər güllər düzüb, ruhuna dualar oxunub

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə şəhid Səttar Piriyev ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Xocavəndin azad edilməsinə görə” medalları və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif olunub.