YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ucar rayonunda şəhid anılıb

Noyabrın 18-də  YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva, Vətən  müharibəsi şəhidləri – leytenant Elnur Vəliyevin atası Əli Vəliyev, mayor Elnur Hacıyevin bacısı Elnarə Hacıyeva, Ucar Heydər Əliyev Mərkəzinin direktoru Mətanət Qəribova, rayon Tarix Diyarşünaslıq Muzeyinin direktoru Nəzakət Qasımova və rayon təşkilatının fəallarının Ucar rayonunun Bağırbəyli kəndində anadan olmuş, Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olmuş Bəkirov Təbriz Etibar oğlunun məzarını ziyarət edib, məzarının önünə tər çiçəklər düzüb,ruhuna dualar oxuyublar.

Mərasim iştirakçıları Şəhid Təbriz Bəkirovun valideyinləri ilə görüşüb, ailənin qağıları ilə maraqlanıblar.

Şəhidin valideynləri Ehtibar və Aliyə Bəkirovlar şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Təbriz Bəkirov Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

DİGƏR Xəbərlər Arxiv