YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhidlərin ruhuna ehtiram

Ağstafada Vətən müharibəsi şəhidləri Məmmədov Asəf Mehman oğlunun, Həsənov Elnur Elman oğlunun, Babayev Mustafa Elman oğlunun və Orucov Xudayət Vilayət oğlunun şəhadətlərinin ildönümləri münasibətilə xatirələri anılıb.

Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Ağstafa Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ariz Qədiməliyev, Ağstafa rayon Gənclər və İdman idarəsinin rəisi Əziz Məsmalıyev, Keşikçidağ Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Musa Mursaquliyev, “Ağstafa Gənclər evi” Sosial Xidmət müəssisəsinin direktoru Nicat Vəkilov, şəhid ailələri, partiya fəalları və rayon ictimaiyyətinin nümayəndələri Poylu qəsəbə qəbiristanlığında və Ağstafa şəhər Şəhidlər xiyabanında şəhidlərin məzarlarını ziyarət edib, önünə gül dəstələri düzüb, əziz xatirələrini ehtiramla anıblar.

Tədbir çərçivəsində şəhidlərimizlə eyni məzarlıqda uyuyan Vətən müharibəsi şəhidləri Abdullayev Nihad Adil oğlunun, Əhmədov Mahmud Fərman oğlunun, İbrahimov Elçon Rövşən, Mustafayev Ramiz Bağman oğlunun və Əliyev Tahir Çingiz oğlunun da məzarları ziyarət olunub, ruhlarına dualar oxunub.

Daha sonra tədbir iştirakçıları şəhidlərin ailə üzvlərini ziyarət edərək, onların qayğıları ilə maraqlanıb, dərin hüznlə başsağlığı veriblər.

Söhbət zamanı Vətənin qəhrəman övladlarının keçdiyi şərəfli həyat və döyüş yollarından geniş bəhs edilib.

Şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.