YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın Gürcüstandakı səfirliyi diplomatik münasibətlərimizin 30 illiyi ilə əlaqədar paylaşım edib

Azərbaycanın Gürcüstandakı səfirliyi Gürcüstan ilə diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü ilə əlaqədar özünün “facebook” səhifəsində paylaşım edib.

Paylaşımda ötən 30 illik dövrə nəzər salınır.

Bildirilir ki, dövlət müstəqilliyimizi bərpa etdikdən sonra 1992-ci il noyabrın 18-də Azərbaycan Respublikası ilə Gürcüstan arasında diplomatik münasibətlər yenidən qurulub. Xalqlarımızı və ölkələrimizi birləşdirən çoxəsrlik dostluq, mehriban qonşuluq və qarşılıqlı dəstək üzərində təsis edilən, Azərbaycan Xalq Cümhuriyyəti və Gürcüstan Demokratik Respublikası arasındakı diplomatik əlaqələr təcrübəsindən faydalanan bu münasibətlər nəinki iki ölkə, bütövlükdə bölgəmiz üçün həlledici amilə çevrilib.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və Gürcüstan Prezidenti Eduard Şevardnadzenin əsası qoyduğu strateji tərəfdaşlıq münasibətləri tədricən inkişaf edərək bölgəmizin simasını dəyişib, nəhəng enerji, infrastruktur və digər layihələri gerçəkliyə çevirib.

Bu gün də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan, qalib Azərbaycanın və bütün dünya azərbaycanlılarının lideri İlham Əliyevin diqqət və qayğısı sayəsində ikitərəfli strateji tərəfdaşlığımızın səviyyəsi daha da qaldırılır, ölkələrimiz həmişə olduğu kimi, birgə səylərlə ümumi qələbələrə doğru inamla irəliləyir.

Azərbaycan - Gürcüstan diplomatik münasibətlərinin 30 illiyi mübarək olsun!