YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İlya Darçiaşvili: Azərbaycanla tərəfdaşlığımızı qarşılıqlı maraq doğuran bütün sahələrdə gücləndirmək istəyirik

Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili Gürcüstan-Azərbaycan diplomatik münasibətlərinin 30-cu ildönümü münasibətilə Azərbaycan xalqını təbrik edib.

Nazir bununla bağlı özünün tviter səhifəsində yazıb.

Gürcüstanın xarici siyasət idarəsinin rəhbəri qeyd edib: “Biz Azərbaycanla yaxın dostluğumuzu yüksək qiymətləndiririk və tərəfdaşlığımızı qarşılıqlı maraq doğuran bütün sahələrdə gücləndirmək istəyirik”.

“Bu gün biz Gürcüstanla Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edirik. 30 il ərzində biz qarşılıqlı hörmətə əsaslanan strateji tərəfdaşlığı inkişaf etdirmişik. Biz yaxın dostluğumuzu yüksək qiymətləndiririk və tərəfdaşlığımızı qarşılıqlı maraq doğuran bütün sahələrdə gücləndirmək istəyirik”, - deyə XİN başçısı vurğulayıb.