YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatı tədbir keçirib

Noyabrın 18-də Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının 23 saylı Kamallı-Çıraqlı Ərazi Partiya Təşkilatında YAP-ın təsis edilməsinin 30 illiyi münasibətilə tədbir keçirilib.

Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra Yeni Azərbaycan Partiyasının yaradıcısı, müasir Azərbaycanın qurucusu ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksəlmiş oğulların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyasının Laçın rayon təşkilatının sədri İlqar İlyasov bildirib ki, Yeni Azərbaycan Partiyası yarandığı gündən xalqımıza Azərbaycan tarixinin ən möhtəşəm səhifəsini, unudulmaz anlarını yaşadıb: “Xalqın təkidi tələbi ilə hakimiyyətə gələn ulu öndər Heydər Əliyev ölkəmizdə vətəndaş müharibəsinin qarşısını aldı, dövlətimizi bəlalardan xilas etdi. Azərbaycanın üçrəngli bayrağını bütün dünyaya tanıtdı. Bu gün Heydər Əliyev irsinin layiqli davamçısı Prezident İlham Əliyev Azərbaycanımızı daha da inkişaf etdirir. Qətiyyətli, uzaqgörən siyasəti nəticəsində rəşadətli Ordumuzun qüvvəsi sayəsində 44 günlük müharibədə düşmən tapdağı altında olan ərazilərimiz azad edildi.”

Daha sonra çıxış edənlər - YAP Laçın rayon təşkilatının 23 saylı Kamallı- Çıraqlı kənd ərazi partiya təşkilatının sədri Samir Cəfərov, 44 Günlük Vətən Müharibəsi şəhidi Mansur Əhmədovun atası Mamed Əhmədov, rayon ziyalısı Fəxrəddin Paşayev, Laçın rayon Çıraqlı kənd tam orta məktəbinin direktor əvəzi Elnarə Vəliyeva və başqaları Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, partiyanın 30 illik fəaliyyəti dövründə xalqımızın taleyüklü problemlərinin həllindəki müstəsna xidmətlərindən, Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan möhtəşəm qələbədən danışdılar.