YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni Azərbaycan Partiyası cəmiyyətin aparıcı qüvvəsidir

Eldar Əsədov

YAP Tərtər rayon təşkilatının sədri

Bu il müasir Azərbaycan dövlətinin memarı, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə yaradılan, Azərbaycan dövlətçiliyinin həyatında önəmli rol oynayan Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 ili tamam olur.

30-cu ildönümünü qeyd etdiyimiz Yeni Azərbaycan Partiyası xalqımızın ən ağır və faciəli günlərində, Azərbaycanın ölümlə üz-üzə dayandığı, respublikamızın dünya xəritəsindən silinməsi təhlükəsinin mövcud olduğu bir zamanda yaranmış və Vətənimiz Azərbaycanın gələcək taleyini müəyyən etmişdir. YAP yarandığı ilk gündən Azərbaycan xalqının rifahının yaxşılaşdırılması, dövlətçiliyin qorunub saxlanılması, müdafiə qüdrətinin yüksəldilməsi, ölkə iqtisadiyyatının durğunluqdan sürətli inkişaf yoluna çıxarılması üçün gərgin fəaliyyət göstərmişdir. İndi partiyanın və müasir müstəqil Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər Əliyevin layiqli davamçısı, Partiyanın Sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz beynəlxalq aləmdə nüfuzunu daha da möhkəmləndirərək, Azərbaycan dövlətinin sürətli inkişafı, xalqımızın güzəranının durmadan yaxşılaşdırılması məqsədi ilə sıralarında olan 800 minə yaxın partiya üzvlərini səfərbər edərək, özünün ümumxalq partiyası statusunu qoruyub saxlamaqdadır.    

Prezident İlham Əliyevin sədrliyi ilə uğurla fəaliyyət göstərən YAP nəinki Azərbaycanın, eləcə də bölgənin ən güclü siyasi partiyasına çevrilib. Bu partiya Azərbaycanın ictimai-siyasi həyatında hər zaman alternativsiz siyasi təşkilat kimi nüfuzunu gündən-günə artırır, daha da güclənir, yeni-yeni nailiyyətlər əldə edir. Fəxrlə demək olar ki, ölkəmizin ictimai-siyasi, sosial va mədəni hayatında əldə olunan hər bir uğur, məhz Yeni Azərbaycan Partiyasının iqtidar partiyası olaraq dünyada və regionda baş verən hadisələri real qiymətləndirərək, realist siyasət həyata keçirməsi nəticəsində əldə olunmuşdur.

Partiyamızın yarandığı 30 il zaman baxımından o qədər böyük müddət sayılmır. Lakin bu illər ana vətənimiz Azərbaycanımız üçün XX əsrin mürəkkəb, ən faciəli, eyni zamanda ən dinamik dövrü olmuşdur. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qaydışı ilə hakim partiyaya çevrilən YAP-ın işləyib hazırladığı və həyata keçirdiyi uğurlu daxili və xarici siyasətin təntənəsi nəticəsində sosial-iqtisadi və hərbi qüdrətini möhkəmləndirən Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində işğaldakı torpaqlarımızı azad edərək nigarançılığa son qoymuşdur.

Ümummilli lider Heydər Əliyevin siyasi strategiyasından güc alan Prezident İlham Əliyev tərəfindən irəli sürülmüş sürətli və kompleks inkişaf proqramı müvəffəqiyyətlə həyata keçirilir.

Yeni Azərbaycan Partiyası ötən 30 il ərzində böyük siyasi nüfuz, ictimai dayaq qazanmışdır. YAP saf amallar üzərində qurulmuş və milli mənafelərə xidmət edən partiya kimi öz tarixi missiyasını uğurla yerinə yetirir. Prezident İlham Əliyevin gərgin zəhməti və müdrik siyasəti nəticəsində Azərbaycanda müşahidə edilən müsbət dəyişikliklərdə, qazanılmış diplomatik uğurlarda, ǝsl vətəndaş cəmiyyətinin formalaşmasında YAP-ın özünəməxsus rolu vardır. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu xilaskarlıq, quruculuq və milli dirçəliş kursuna sadiq olan YAP Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətçiliyinin tarixində həmişə həlledici söz sahibi olaraq yaşayacaqdır.