Xəbərlər
Rumıniyanın Prezidenti Klaus İohannis Prezident İlham Əliyevə 28 May – Respublika Günü münasibətilə təbrik ünvanladı
Rumıniyanın Prezidenti Klaus İohannis Azərbaycan Prezidenti İlham Əliyevə 28 May – Respublika Günü münasibətilə təbrik ünvanladı.
Təbrikdə deyilir: “Rumıniya ilə Azərbaycan arasında strateji əməkdaşlıq səviyyəsinə yüksələn dostluq münasibətlərimiz ölkələrimizin iqtisadi əlaqələrinin inkişafına imkan yaradılmasını təmin edir. Əminəm ki, biz ölkələrimiz arasındakı münasibətlərin bu kontekstdə əsaslı surətdə daha da dərinləşməsini təmin edə bilərik. Sizi Rumıniyaya səfərə dəvət etməkdən şərəf duyuram.”