YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İmişlidə “Xalqın seçimi” adlı tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) İmişli rayon təşkilatında partiyanın təsis edilməsinin 30 illiyi münasibətilə “Xalqın seçimi” adlı tədbir keçirilib.

Əvvəlcə ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev bildirib ki, 30 il öncə Azərbaycanda yaranmış ağır durum yeni bir siyasi təşkilatın meydana gəlməsi zərurətini müəyyən etdi. Ulu öndər Heydər Əliyevin yaratdığı partiya ötən illər ərzində siyasi sabitliyin və davamlı inkişafın təminatçısı kimi çıxış edib. Qısa müddət ərzində ümumxalq partiyasına çevrilmiş Yeni Azərbaycan Partiyası yarandıqdan bu günə qədər çox böyük, şərəfli və uğurlu yol keçib. Yeni Azərbaycan Partiyası bu gün dayanaqlı inkişafın və siyasi sabitliyin təminatçısıdır!

Digər çıxış edənlər diqqətə çatdırıblar ki, Yeni Azərbaycan Partiyası Azərbaycanda hüquqi dövlət, sabit və sosialyönümlü iqtisadiyyat, vətəndaş cəmiyyəti qurmaq ideyalarını qəbul edən vətəndaşları birləşdirən siyasi partiyadır.

Sonda rayon təşkilatının həyatında fəal iştirak edən partiya üzvlərinə diplom və partiya sıralarına yeni qəbul olunmuş şəxlərə üzvlük vəsiqələri təqdim olunub.