Xəbərlər
Şəhidlərin xatirəsi qəlblərdə əbədi yaşayır!

Gədəbəy rayonunun Qarıkənd kəndində şəhid Həsənov Etibar Ələddin oğlunun, İnəkboğan kəndində isə şəhid Allahverdiyev Turxan Rəsul oğlunun şəhadətlərinin ikinci ildönümündə xatirələri anılıb
Anım tədbirlərinə Yeni Azərbaycan Partiyası (YAP) Gədəbəy rayon təşkilatının, Gədəbəy Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul işçiləri, kənd sakinləri qatılıblar.
Mərasim iştirakçıları şəhidlərin məzarlarını ziyarət edib, üzərilərinə tər güllər düzüblər.
Çıxışlarda şəhidlərin mənalı ömür və döyüş yollarından danışılıb.
Şəhid ailələri göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.