YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Məmmədov: Erməni lobbisi və onun təsirində olan dairələr hər fürsətdə Azərbaycana ləkə yaxmağa çalışır

“Azərbaycan nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi məkandır. Bu uğura ölkəmiz həyata keçirdiyi siyasət, dünyadakı nüfuzu sayəsində nail olub. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan özünü dünyada etibarlı tərəfdaş kimi təsdiq edib”. Bu fikirləri Milli Məclisin deputatı Elman Məmmədov deyib.

E.Məmmədov bildirib ki, bu baxımdan, ilk Avropa Oyunlarının ölkəmizdə keçirilməsi də Azərbaycanın nüfuzunun göstəricisidir. Onun fikrincə, ilk Avropa Oyunları Azərbaycanın dünyadakı müsbət imicini daha da gücləndirəcək. Millət vəkilinin sözlərinə görə, möhtəşəm beynəlxalq tədbirlərin keçirilməsində məkan olaraq Azərbaycanın seçilməsində də bu amil mühüm rol oynayır. İlk Avropa Oyunları ilə əlaqədar hazırda dünyanın diqqəti ölkəmizə yönəlib.
“Amma müəyyən dairələr Azərbaycanın bu uğurlarına qısqanclıqla yanaşır. Təbii ki, burada erməni izi də var. Erməni lobbisi və onun təsirində olan dairələr hər fürsətdə Azərbaycana ləkə yaxmağa çalışır. Birinci Avropa Oyunları ərəfəsində baş verənlər buna sübutdur. Lakin bu cəhdlər heç bir nəticə verməyəcək. Çünki xalqımız Prezidentimizin ətrafında sıx birləşib. Cəmiyyətimiz belə kampaniyaların hansı səbəblərdən qaynaqlandığını yaxşı bilir. Ona görə də, belə cəhdlər iflasa məhkumdur. Bu qüvvələr Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə də laqeyd yanaşır, ərazi bütövlüyümüzün bərpa olunmasını istəmirlər. Bilavasitə işğalçı Ermənistana himayədarlıq edirlər. Biz inanırıq ki, Prezidentimizin həyata keçirdiyi siyasət nəticəsində torpaqlarımızı işğalçılardan azad edəcəyik. Və möhtəşəm yerli və beynəlxalq tədbirlər həmin torpaqlarda da keçiriləcək”, - deyə E.Məmmədov vurğulayıb.