YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Konstitusiyamız bugünkü sabitliyimizin, dövlət müstəqilliyimizin qarantıdır

Kürdəmirdə YAP rayon təşkilatının inzibati binasında 12 Noyabr - Konstitusiya Gününə həsr olunan dəyirmi masa keçirilib. Tədbirdə YAP Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov, RİH başçısının müavini Vəsilə Əsgərli, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının və Kürdəmir Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə öncə ulu öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Dəyirmi masada rayon icra hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəsilə Əsgərli məruzə ilə çıxış edərək, ulu öndər Heydər Əliyevin banisi olduğu milli Konstitusiyamızın yaranmasının tarixi və inkişaf mərhələlərindən, Ümummilli Liderin bu istiqamətdəki xidmətlərindən, Əsas Qanunda təsbit olunan insan hüquq və azadlıqlarından ətraflı danışıb.

Çıxışlarda vurğulanıb ki, Azərbaycan xalqının əsrlərlə arzusunda olduğu azadlıq, müstəqillik amallarını gerçəkləşdirən, onun gənc, lakin qüdrətli dövlət quruculuğu sahəsində bütün səylərinə istiqamət verən milli Konstitusiyamız bugünkü sabitliyimizin, dövlət müstəqilliyimizin qarantıdır. 1995-ci il noyabrın 12-də müstəqil Azərbaycan Respublikası ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə dövlət quruculuğu istiqamətində inamlı bir addım atdı. Həmin gün referendum yolu ilə dünyadakı ən mütərəqqi təcrübə əsasında demokratik dəyərlərə malik müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edildi. Hüquqi, demokratik dövlət quruculuğu yolunda əldə olunan mühüm nailiyyətlərdən biri kimi Konstitusiyamızın qəbul edilməsi çağdaş tariximizə qızıl hərflərlə həkk olundu.