Xəbərlər
Azərbaycan və Şri-Lanka arasında mədəniyyət sahəsində əlaqələrin qurulması məsələsi müzakirə olunub
Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Şri-Lankanın mədəniyyət naziri Nandilmitra Ekanayake ilə görüşüb.
Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakından məmnunluğunu bildirən Şri-Lankanın mədəniyyət naziri bundan sonra iki ölkə arasında mədəni əlaqələrin davam edəcəyini söyləyib.
Görüşdə Azərbaycan və Şri-Lanka arasında mədəniyyət sahəsində mübadilənin həyata keçirilməsi təklifi irəli sürülüb.
Həmçinin qarşılıqlı olaraq müxtəlif sərgilərin təşkil olunması və mədəni təqdimatların nümayişi kimi məsələlər də müzakirə edilib.